“Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir” – Nazir müavini

“Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir” – Nazir müavini

"Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır”.

"Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair keçirilən seminarda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir: "Bu baxımdan ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir. Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib. Bunun bariz nümunsədir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyalara qoşulub”.
R.Hacıyev əlavə edib ki, hazırda prioritet olaraq müəyyən edilən energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb.
Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR