“Azərbaycan modeli Avropaya nümunədir” - İtaliya

“Azərbaycan modeli Avropaya nümunədir”   - İtaliya

“Azərbaycanda parlament seçkiləri nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib”.


Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu İtaliya müşahidəçilərinin rəhbəri, İtaliya parlamentinin deputatı Sercio Divina deyib. Onun sözlərinə görə, seçki məntəqələrində müşahidələr apararkən hec bir etiraz və ya qanun pozuntusu müşahidə etməyiblər:

“Azərbaycanda keçirilən parlament seçkilərinin Avropa standartlarına uyğun şəkildə keçirilib. Mən ATƏT və Avropa Şurası çərçivəsində təşkil olunan missiyaların tərkibində bir sıra ölkələrdə keçirilən seçkilərdə müxtəlif müşahidələr aparmışam. Əminliklə deyə bilərəm ki, gənc, müstəqilliyinə yeni qovuşmuş ölkələr arasında Azərbaycanda olduğu kimi demoktratik prinsiplərlə seçkilərin keçirildiyini başqa ölkədə görməmişəm".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinin mənfi hal kimi qiymətləndirən Sercio Divina deyib ki, Azərbaycan kimi ölkəni təcrid etmək düzgün deyil:

“ Beynəlxalq vəziyyətin böhran içində olduğu zaman Azərbaycana böyük ehtiyacımız var. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır” .

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR