Azərbaycan millisinin 2 futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan millisinin 2 futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.
Bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantinə alınıb: "Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".
Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Onların klublarına da müvafiq məlumatlar verilib".
Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur.
Qeyd edək ki, hər iki oyunçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.
Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR