Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı
  • İDMAN

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkü atılıb.

Aktual.az Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə PFL-in prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər. 19 komandanın mübarizə aparacağı turnirdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Qeyd edək ki, 1/16 və 1/8 final mərhələsinin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq.

14 oktyabr (çərşənbə)
1/16 final mərhələsi

MOİK – “Turan Tovuz”
“Şahdağ” – “Şəmkir”
“Şərurspor” – “Qaradağ Lökbatan”

2 dekabr (çərşənbə)
1/8 final mərhələsi

MOİK-“Turan Tovuz” cütünün qalibi // “İnter”
“Rəvan” – “Bakı”
“Qarabağ” // “Şahdağ” – "Şəmkir" cütünün qalibi
“Neftçala” – “Sumqayıt”
“Neftçi” // “Şərurspor” – “Qaradağ Lökbatan” cütünün qalibi
“Xəzər Lənkəran” – “Kəpəz”
“Qəbələ” – “Mil-Muğan”
AZAL – "Zirə"

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR