Azərbaycan hər iki ölkə arasında mübadilə əməliyyatlarında yardım edə bilər

Azərbaycan hər iki ölkə arasında mübadilə əməliyyatlarında yardım edə bilər

“RF İranın şimalına qaz çatdıra bilərdi”.

Azərbaycan Rusiya və İran arasında planlaşdırılan neft və qaz təchizatı üzrə mübadilə əməliyyatlarında real kömək göstərə bilər.

Aktual.az vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Rossiya-24 telekanalına verdiyi müsahibəsində bildirib.

“Qazpromun və İranın neft-qaz şirkətlərinin danışıqlar masasında qaz və neft mübadiləsinə dair razılaşmalar var. Onlarla yanaşı, Rusiya Federasiyası İranın şimalına qaz çatdıra bilərdi və İranın cənubundan analoji həcmləri mübadilə sövdələşmələrin yardımı ilə ala bilərdi (maye qaz və ya boru kəməri vasitəsilə nəql olunan qaz kimi)”, - nazir deyib.

Onun sözlərinə görə, bu qəbildən olan mübadilələri neft ilə də etmək olar.

“Bizim həmkarlarımız bu ideyaya müsbət cavab veriblər”, - nazir qeyd edib.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR