​Çavuşoğlu: "Türkiyə qaçqın qəbulunu davam etdirəcək"

​Çavuşoğlu:
  • DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin qaçqınlarla bağlı açıq qapı siyasətini davam etdirəcəyini bildirib.

Aktual.az "Report"-a istinadən xəbər verir ki, bu barədə o, cümə günü Münhen Beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

"2005-ci ildən 2014-cü ilədək Türkiyədə qaçqınların sayı altı dəfə artıb. Türkiyə təklikdə bunun öhdəsindən gələ bilmir, yerləşdirilmə və miqrasiyaya nəzarət proqramı lazımdır. Biz Suriyadan 2,5 milyon, İraqdan isə 200 min qaçqın qəbul etmişik, son günlər daha 10 min suriyalı qaçqın gəlib. Biz qaçqın qəbuluna 10 milyard dollar sərf etmişik və açıq qapılar siyasətini davam etdiririk", — deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, qanunsuz miqrasiya problemini həll etmək üçün NATO-nun köməyi və miqrantların qanunsuz daşınması ilə məşğul olan transmilli cinayətkar şəbəkə ilə mübarizə lazımdır.

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR