Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik”

Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik”

"Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma çərçivəsində qarşılıqlı addımların atılması barədə danışarkən deyib.

"Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik və Azərbaycanın bilgisi daxilində belə addımlar atırıq. Heç kimdə sual yaranmasın ki, biz Azərbaycandan ayrı hərəkət edə bilərik. Biz bir millət, iki dövlətik. Bunlar hamımızın xeyrinə olacaq müsbət addımlardır”, - Türkiyə XİN başçısı bildirib.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR