Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı

Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı

İspaniyada 233, Belçikada isə daha 30 nəfər koronavirusdan ölüb.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, virus qurbanlarının sayı İspaniyada 1 326, Belçikada isə 2 dəfə artaraq 67-yə çatıb.
Bundan başqa, hər iki ölkədə koronavirus daşıyıcılarının sayında da artım müşahidə edilib. İspaniyada virusa yoluxanların sayı 25 000-ə yaxınlaşıb, Belçikada isə daha 558 nəfər artaraq 2 800-ü ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 283 256-ya çatıb. Bunların 93 535 nəfəri sağalıb, 11 829 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR