Avropa İttifaqının Türkiyə bəhanəsi

Avropa İttifaqının Türkiyə bəhanəsi

Avropa Birliyi Türkiyə ilə vizasız rejimin tətbiqindən narahatdır.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, Avropa Komissiyasının məruzəsində qeyd edilir ki, Türkiyə ilə miqrasiya saziş çərçivəsində viza rejiminin tətbiqi Avropa İttifaqında terror təhlükəsini artıracaq.

Məruzədə "Türkiyə vətəndaşlarına vizasız Avropa İttifaqına giriş hüququ təqdim olunan kimi əcnəbilər Aİ-yə vizasız girmək üçün Türkiyə pasportu əldə etməyə çalışacaqlar. Onlar özlərini Türkiyə vətəndaşı kimi qələmə verəcəklər", - deyə qeyd edilib. Narahatlığını dilə gətirən Avropa Komissiyası bildirir ki, bu sxem cinayətkar və terrorçuların Avropa Birliyi dövlətlərinə maneəsiz daxil olmasına imkan yaradacaq.

O da qeyd edilir ki, qanunsuz odlu silah və narkotik, seks-kölə satışı ilə məşğul olan Türkiyə mafiyaları bu biznesi Avropaya qədər daşıya bilər.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR