Avropa çempionatının ən yaxşı qolu SEÇİLDİ - VİDEO

Avropa çempionatının ən yaxşı qolu SEÇİLDİ   - VİDEO

2016-cı il Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb.

Aktual.az  report-a istinadən bildirir ki, bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qoldur.

3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, AVRO-2016-nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR