"Avro-2016"nın bombardiri müəyyənləşdi


"Avro-2016"nın ən yaxşı bombardiri müəyyənləşib.

Aktual.az  qol.az-a istinadən xəbər verir ki, Fransa millisinin hücumçusu Antuan Qrizman turnirin bombardiri adını qazanıb.

25 yaşlı futbolçu keçirdiyi 7 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldo 3 qol və 3 məhsuldar ötürmə ilə ikinci olub. 

Fransa millisinin digər hücumçusu Olivye Jiru isə bombardirlik siyahısında üçüncü pillədə qərarlaşıb. O da Ronaldo kimi 3 qol vursa da, məhsuldar ötürmələrin sayında (2 ötürmə) rəqibinə uduzub.

Qeyd edək ki, "Avro-2016"nın qalibi adını finalda Fransaya 1:0 hesabı ilə qalib gələn Portuqaliya yığması qazanıb. Bu, Priney təmsilçisinin tarixində ilk Avropa çempionluğu olub.

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR