Avro-2016-nın ilk finalçısı kim olacaq?

Avro-2016-nın ilk finalçısı kim olacaq?

Bu "Avro-2016"nın yarımfinal mərhələsinə start veriləcək.

Aktual.az qol.az-a istinadən bildirir ki, keçiriləcək bir oyunla ilk finalçının adı bəlli olacaq.

Final uğrunda Portuqaliya və Uels milliləri qarşılaşacaq.

Kriştianu Ronaldonun kapitan olduğu Portuqaliya millisi buna qədər keçirdiyi beş oyunun heç birində 90 dəqiqədə qalib gələ bilməyib. Portuqaliyalılar heç məğlub da olmayıb.

İlk dəfə Avropa çempionatının final mərhələsində iştirak edən Uels millisi isə daha inamlı təsir bağışlayır. 

Qeyd edək ki, digər yarımfinal oyunu sabah Almaniya və  Fransa milliləri arasında keçiriləcək.

6 iyul

"Avro-2016",  yarımfinal

23:00. Portuqaliya - Uels
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu

7 iyul

23:00. Almaniya - Fransa

Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR