“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 2 yanvar tarixində "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Aktual.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsi yanvarın 3-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
 
Aktual.az
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR