“ASAN xidmət” mərkəzləri bir gün məhdud çərçivədə işləyəcək

“ASAN xidmət” mərkəzləri bir gün məhdud çərçivədə işləyəcək

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, vətəndaşlar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. 

Sentyabrın 27-dən isə bütün xidmətlər göstəriləcək. 

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR