​"ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək

​

"ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək.


Aktual.az “Report”a istinadən xəbər verir ki, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində sabahdan yanvar ayının 4-ə qədər qeyri-iş günü olacaq.
Məlumata görə, yanvarın 5-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR