Aralıq dənizində faciə - Gəmilər batdı, 400 qaçqın öldü

Aralıq dənizində faciə   - Gəmilər batdı, 400 qaçqın öldü

İtaliyaya qaçqınları aparan 4 gəmi Aralıq dənizində batıb.

Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Somali, Efiopya və Eritreyadan qaçaraq İtaliyaya çatmaq istəyən qaçqınların da içərisində olduğu 4 gəmi batıb. Gəmilərdəki sərnişinlərdən 400 nəfərinin qaçqınlar olduğu bildirilir.

Somali KİV-ləri isə xilasedicilərin sadəcə 29 sərnişini tapdığını bildirib.
Somalinin Misirdəki səfiri BBC-yə açıqlama verib. O, məlumatı təsdiqləyib və 400-dən çox köçkünün öldüyünü ehtimal etdiklərini bildirib.

Məlumata görə, gəmilər İtaliyaya getmək üçün Misirdən yola çıxıb.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR