AQTA əməkdaşı 45 yaşında vəfat etdi

AQTA əməkdaşı 45 yaşında vəfat etdi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva dünyasını dəyişib.

Bu barədə Aktual.az-a Agentlikdən məlumat verilib.

O, uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, K.Alıyeva 1977-ci ildə anadan olub. 2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik və üzümçülük, 2003-cü ildə bitkilərin mühafizəsi ixtisasını bitirib. 2018-ci ildə AQTA-da Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin Fitosanitar karantin nəzarətində olan materialların dövriyyəsinin tənzimlənməsi sektorunun, 2019-cu ildən isə Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığının tənzimlənməsi sektorunun aparıcı məsləhətçisi olub, 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.

Allah rəhmət eləsin!
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR