“Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” sənədli filmi təqdim olunub

“Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” sənədli filmi təqdim olunub

Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) yeni layihə çərçivəsində hazırladığı filmin təqdimatını keçirib. Tədbirdə media, QHT təmsilçiləri və sənət adamları iştirak ediblər.
 
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə "Aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliği ilə bağlı tədbirlərin təşkili” adlanır.
Layihənin məqsədi 2016-cı il aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş və ya yaralanmış, habelə sağ qalmış şəxslərin şücaətindən, ümumiyyətlə, şəhidlik hadisəsinin mahiyyətindən bəhs edən 30 dəqiqəlik "Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” adlı sənədli film hazırlamaq idi.
Təqdimat mərasimində MİM İB-nin sədri Qabil Rüstəmov çıxış edərək, aprel döyüşlərinin ölkəmiz və Qarabağ münaqişəsinin tarixi üçün əhəmiyyətindən danışıb. O, hazırlanmış filmdə vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərimizin qəhrəmanlıq nümunəsinin təbliğ olunduğunu deyib. Bildirib ki, bütövlükdə şəhidlik hadisəsinə həsr olunmuş bu filmdə aprel döyüşləri qəhrəmanlarının gənclər üçün yeni bir örnək yaratdığından söz açılır.
Sonra film nümayiş olunub.
Nümayişdən sonra keçmiş döyüşçülər, media mənsubları və QHT təmsilçiləri çıxış edərək, film barədə rəylərini bildiriblər.
Çıxış edənlərin ümumi rəyi bundan ibarət olub ki, bu cür təbliğat nümunələri gənclərimizin milli-mənəvi dünyagörüşünün formalaşmasında və torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olunmasında müsbət rol oynayacaq.



Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR