​ANS MTRŞ-nı növbəti dəfə məhkəməyə verib

​ANS MTRŞ-nı növbəti dəfə məhkəməyə verib

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) növbəti dəfə məhkəməyə verib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Şuranın şöbə müdiri Nemət Cavadov bildirib.
Şirkət bu dəfə MTRŞ-nın sonuncu - 161 min manatlıq cərimə barədə qərarının ləğv edilməsini istəyir.
İddiaya Səbail Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, MTRŞ şirkəti dekabrın 23-də ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar olaraq 161 min manat məbləğində cərimə edib.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR