Ankara Rusiyaya qalib gələcəyinə ümid edir

Ankara Rusiyaya qalib gələcəyinə ümid edir
  • DÜNYA

Ankara Rusiyadan tədarük edilən qazın qiyməti məsələsi üzrə arbitraj məhkəməsini udacağına ümid edir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən deyiblər.

Ötən gün Beynəlxalq Arbitraj Məhkəməsi Ankara və Tehran arasında çoxillik qaz mübahisəsində Türkiyənin xeyrinə qərar qəbul edib.

Nazirlikdən qeyd ediblər ki, məhkəmə Türkiyənin tələbi üzrə bir sıra ilkin nəticələr çıxarıb. Bununla belə, qurumdan hər hansı detalı açıqlamaqdan imtina ediblər.

Qeyd edək ki, Moskva və Ankara təqribən bir il əvvəl Rusiya qazının qiymətinin azaldılması barədə razılığa gəlmişdilər. Lakin qiymət azaldılmadı. Ötən il oktyabrın 27-də isə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırdı.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR