“Android” sistemində istifadəçilər üçün təhlükəli zəif nöqtələr aşkarlanıb

“Android” sistemində istifadəçilər üçün təhlükəli zəif nöqtələr aşkarlanıb

"Google Project Zero” tədqiqat qrupu "Android” əməliyyat sistemində "Pixel”, "Huawei”, "Oppo”, "Moto”, "Samsung”, "Oreo LG”, "Xiaomi” markalarına aid smartfonlara dələduzların daxil olmasına yol açacaq ciddi zəif məqam aşkarlayıb.

"Report” "Google Project Zero” tədqiqat qrupuna istinadla xəbər verir ki, "Android” sisteminin özəyinin kodundakı "CVE-2019-2215” ünsürü viruslu proqram quraşdırmaqla, yaxud şəbəkədən hücum yolu ilə sistemi dağtmaq üçün istifadə oluna bilər.
Sözügedən təhlükənin "OC Android” sisteminin 8.x-dan başlayan versiyalarını hədələdiyi qeyd olunur.
Xəbər 1311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR