Ançelotti Messini dayandırmağın yollarından danışdı

Ançelotti Messini dayandırmağın yollarından danışdı

Karlo Ançelotti "Barselona"nın argentinalı ulduzu Lionel Messini necə saxlamağın yolları barədə danışıb. "Real"ın baş məşqçisi kimi katalon klubu və Messi ilə qarşılaşan mütəxəssis bu duellərdə qələbə də qazana bilmişdi.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Ançelotti bunları deyib:

"Messini fərdi futbolçuya tapşırmaq çox çətindir. Həmin oyunçu yüksək səviyyədə çıxış etməlidir ki, onun qarşısını alsın. Messini dayandırmağın ən yaxşı yolu bütün komandanın səy göstərməsi və xətlər arasındakı məsafənin azladılmasıdır. "Barselona"nın oyununu pozmaq və bu komandaya öz futbolunu göstərməyə imkan verməmək üçün meydanın mərkəzində sıxlıq yaratmaq lazımdır. Bu, Messiyə topa sahib olmaqda maneçilik törədəcək. Eyni zamanda cinahda onun hərəkətini məhdudlaşdırmaq lazımdır. Çünki mərkəzə istiqamətlənib sol ayaqla qapıya zərbə endirmək imkanı qazana bilər. Amma bunları edəndə başqa problem meydana gələcək. "Barselona"nın ehtiyatında digər gedişlər də var. Diqqəti yalnız Messiyə yönəltsən, təhlükə digər futbolçulardan gələ bilər. Mənim çıxardığım nəticə belədir: Messi fiziki cəhətdən 100 faiz hazırdırsa, onu neytrallaşdırmaq qeyri-mümkündür. Burada nə məşqçi, nə taktika, nə də strategiya rol oynamır. Leonun böyük istedadı azarkeşlərə həzz verir. Bu səbəbdən onu nəzarətdə saxlamaq mümkün deyil".

Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR