Ana və qızı qarpızdan zəhərlənib - Neftçalada

Ana və qızı qarpızdan zəhərlənib - Neftçalada

Neftçalada iki nəfər qarpızdan zəhərlənib.

"Report” xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib.
Belə ki, kənd sakini,1966-cı il təvəllüdlü Quliyeva Ülkər Səfər qızı və onun qızı, 2003-cü il təvəllüdlü Quliyeva Fatimə Fərhad qızı qarpızdan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb. Beş saat həkim nəzarətindən sonra ana və qızı ambulator müalicəyə buraxılıb.

Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR