"Amerikalı şirkətlər neft hasilatını azaldır"


ABŞ-ın bəzi böyük şirkətləri neft və qazın istehsalını azaldırlar.

Trend "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bu azalma dünya bazarındakı enerjinin artıqlığından və neft qiymətlərinin aşağı olduğundan baş verir.

"The Wall Street Journal" yazır ki, "Devon Energy" və "Marathon Oil Corp." şirkətləri neft istehsalını 2016-cı ildə keçən illə müqayisədə 10 faiz azaldıblar. "EOG Resources Inc." isə bu il 5 faiz az neft istehsal edəcək.

"Continental Petroleum Corp." şirkəti bu il bir neçə yeni neft quyusu qazacaq, amma "qara qızılı" oradan əksər hallarda hasil etməyəcək.

Qəzet qeyd edir ki, keçən il neftin bir barelinin qiyməti 30 dollar olan halda şirkətlər "qara qızılın" hasilatını endirmirdilər - bu il isə planlar dəyişib. Bir şox şirkətlər kreditorların borclarını ödəmək ucbatından hasilatı yüksək səviyyədə saxlamaq məcburiyyətində idilər.

Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR