Amerikada uşaqları qətlə yetirən şəxsin kimliyi bilindi

Amerikada uşaqları qətlə yetirən şəxsin kimliyi bilindi
  • DÜNYA

ABŞ polisi Vaşinqton ştatında uşaqları qətlə yetirən şəxsin kimliyini müəyyənləşdirib. 

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, qatil 51 yaşlı Devid Ueyn Kembeldir. Onun qonşusu Cek Piqottun sözlərinə görə, 5 ildir ki ailə həyatı qurmuş Devid Kembelin həyat yoldaşının əvvəlki nikahdan oğulluğa götürdüyü 2 oğlu və 1 qızı olub. Onun sözlərinə görə, oğlanlar Rusiyadan, qız isə Çindən olub. 

Piqott, həmçinin Devid Kembelin qızdırıcılar və kondisionerlərlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Devid Kembel bir müddət əvvəl məlum olmayan səbəbdən xəstəxanaya yerləşdirilmişdi.   

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR