AMB-dən valyuta bazarını silkələyən – Qərar

AMB-dən valyuta bazarını silkələyən   – Qərar

Avropa Mərkəzi Bankı depozit dərəcəsini neqativ 0.2 faizdən neqativ 0.3 faizə endirib.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı iqtisadçı alim Vüqar Bayramov verib. V.Bayramov bankın qərarına əsasən 1.06 dollara təklif edilən avronun artıq 1.093 dollara satıldığını bildirib: “Xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Avropa Mərkəzi Bankının gözlənilməz qərarı sözün həqiqi mənasında valyuta bazarını silkələdi. Belə ki, 1.06 dollara təklif edilən avro artıq 1.093 dollara satılır. Bu, cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir”.

İqtisadçı alim qeyd edib ki, avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək: “Avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər”.

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR