Alpinizm Federasiyasına yeni prezident seçilib

Alpinizm Federasiyasına yeni prezident seçilib
  • İDMAN

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Federasiyadan bildiriblər ki, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idarə rəisi Aydın Məmmədov və federasiyanın nümayəndələri iştirak ediblər.

Nazirliyin nümayəndələri federasiyanın işini yüksək qiymətləndirib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Konfransın gündəliyi və reqlamenti təsdiqləndikdən sonra federasiyanın prezidenti İsrafil Aşurlı görülən işlər barədə hesabatla çıxış edib. Məruzəçi federasiyanın bütün fəaliyyət istiqamətlərini əhatə edib, əldə olunan uğurlar, çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışıb.

Keçirilən müzakirələr zamanı tədbir iştirakçıları əsasən hesabat dövründə federasiya Rəyasət Heyətinin işi barədə müsbət fikirlər söyləyiblər.

Sonra Azərbaycan Alpinizm Federasiyasının yeni seçilmiş Rəyasət Heyətinin ilk yığıncağı keçirilib. Rəyasət Heyəti üzvlərinin böyük səs çoxluğu ilə “Olimp” klubunun nümayəndəsi Məmməd Abbasbəyli federasiyanın yeni prezidenti seçilib.

Aktual.az

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR