Almaniyalı gimnast Bakıda Dünya Kubokunda birinci olub

Almaniyalı gimnast Bakıda Dünya Kubokunda birinci olub
  • İDMAN

Almaniyalı gimnast Lina Filipp Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda müxtəlif hündürlüklü qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, onun finalda nəticəsi 14.400 bal olub.

İkinci və üçüncü yeri müvafiq olaraq braziliyalı Daniele Matias İpolitu (13.800 bal) və digər braziliyalı idmançı Flaviya Lopes Sarayva (13.250 bal) tutub.

Azərbaycanlı gimnast Yuliya İnşina 10.450 balla səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR