Almaniyada siyasi motivli cinayətlərin sayı artıb

Almaniyada siyasi motivli cinayətlərin sayı artıb

Ötən il Almaniyada siyasi motivli cinayətlərin sayı 2018-ci illə müqayisədə 14,2% artıb.

  Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Bild” Almaniyanın təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat verib.
Bildirlib ki, 2019-cu ildə siyasi səbəblərdən törədilən cinayətlərin sayı 41mini ötüb. Lakin 2018-ci ildə bu rəqəm 36 062 olub.
Qeyd olunur ki, bura təhqir etmək, yanğın törətmək, fiziki hücum, o cümlədən qətl törətmək də daxildir. Əvvəlki illərdə olduğu kimi, cinayətlər də əsasən sağ və sol radikallar tərəfindən törədilib.
Eyni zamanda, sağçı radikallar tərəfindən törədilən siyasi cinayətlərin sayı 2018-ci illə müqayisədə 9,4% artıb. 22 342cinayətin yarısından çoxu siyasi xarakterlidir.
Nəşrin məlumatına görə, ötən ildə 2 032antisemitizm cinayəti qeydə alınıb. Bu rəqəm 2018-ci illə müqayisədə 13% artıb.
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR