Almaniya qaçqınlara konteynerlərdə "yer salacaq"

Almaniya qaçqınlara konteynerlərdə
  • DÜNYA

Almaniya qaçqınları bundan sonra yaşayış üçün nəzərdə tutulan vaqonlarda yerləşdirmək niyyətindədir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu qərarı Berlin Senatı qəbul edib.

Qərara əsasən, vaqonların alınmasına 78 milyon avro xərclənəcək, onların yerləşdirilməsi üçün isə 30 ayrı torpaq sahəsi müəyyənləşdiriləcək.

Üç illik müddətə nəzərdə tutulmuş "konteyner kəndlərində" bu ilin iyun ayından etibarən 15 minə yaxın qaçqın və köçkün yaşayacaq. Onların müvəqqəti sığınacaqlarından - anqar və idman zallarından köçürüləcəyi nəzərdə tutulur.

Berlin maliyyə idarəsinin hesablamalarına görə, bu tipli məntəqələrdə qaçqının 1 yaşayış günü 4,75-5,70 avroya başa gələcək.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR