Alimlərdən XƏBƏRDARLIQ: Dəhşətli fəlakət yaxınlaşır

Alimlərdən XƏBƏRDARLIQ: Dəhşətli fəlakət yaxınlaşır

Elm adamları okean sularının əvvəlki illərə nisbətən sürətli şəkildə isindiyini açıqlayıb.

Publika.az xəbər verir ki, "Science” dərgisində yer alan məqalədə insanlara təhlükənin siqnalları verilib.
Belə ki, bu əsrin sonuna qədər okean suları sürətlə isinəcək və dəniz səviyyəsi 30% həcmində yüksələcək.
Xəbərə görə, buzlaqlar BMT-nin 5 il öncəki hesabatındakı təxminlərdən daha sürətli şəkildə əriyir. Okeanın istiliyi bir neçə il ərzində rekord qıracaq. Elm adamları okeanların istilənməyə davam etdikcə daha pis nəticələr doğuracağını bildirib.
Araşdırmaya görə, istilənən okeanlar fırtına, qasırğa və şiddətli yağışların artmasında əhəmiyyətli faktordur. Suların temperaturunun qalxması, eyni zamanda, dəniz ekosistemlərini öldürür, dəniz səviyyəsini artırır və qasırğalarının daha fəlakətli olmasına yol açır.
Dəniz sularının bu şəkildə sürətlə istilənməsinin səbəbi isə havaya buraxılan zəhərli qazların yaratdığı temperaturdur.
Xəbər 1107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR