Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...

Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Aktual.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR