Alimlər: 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir

Alimlər: 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir

Biomüxtəlifllik və ekosistem xidmətləri üzrə hökümətlərarası ekspertlər qrupu bəşəriyyətin 50 il ərzində planeti dəyişdirməsindən bəhs edib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə "IPBES"in saytında bildirilir.
Tədqiqatçıların məlumatına görə, hazırda 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir. Qeyd edilir ki, 50 il ərzində Yer səthinin ümumi məhsuldarlığı 23 faiz azalıb.
Bu halda Dünya okeanında 245 min kvadrat kilometr sahəni əhatə edən təxminən 400 "ölü zona" yaranıb.
Qeyd edək ki, tədqiqatda 400-dən çox alim və ekspert iştirak edib. Onlar 3 il ərzində 15 mindən çox elmi və dövlət informasiya mənbəyindən məlumatlar yığıblar və təhlil ediblər.
Xəbər 105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR