Ali Məhkəmənin 3 hakimi yenidən təyin edilib

Ali Məhkəmənin 3 hakimi yenidən təyin edilib

Bu gün Milli Məclisin plenar iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, qərar layihəsində səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyevin yenidən Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif olunur. Ə. Hüseynli bildirib ki, bu hakimlərin təyinatı müddətsiz xarakter daşıyır.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR