AKP-nin qurucularından biri vəfat edib

AKP-nin qurucularından biri vəfat edib

Türkiyənin sabiq millət vəkili Dengir Mir Məhmət Fırat 76 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, sabiq millət vəkili Ankarada, müalicə olunduğu xəstəxanada keçinib.
O, bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu müalicə oldunduğu xəstəxanada ziyarət edib.
Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Dengir Mir Məhmət Fırat AKP-dən, daha sonra isə Xalqların Demokratik Partiyasından (HDP) Türkiyə Böyük Millət Məclisinə seçilib. O, AKP-nin sədr müavini olub. 2014-cü ildə isə hakim partiyanın sıralarını tərk edərək HDP-yə keçib.
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR