AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.


Aktual.az goal.az-a istinadən XXIII turun cəzalarını nəzərinizə çatdırır:

Azərbaycan Premyer Liqasının XXIII turunun "Kəpəz" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL - "Rəvan" matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Azərbaycan Premyer Liqasının XXIII turunun "Zirə" - "Neftçi" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 43-cü dəqiqəsində "Neftçi" klubunun 10 №-li futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra "Neftçi" klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Azərbaycan Premyer Liqasının XXIII turunun "İnter" - "Qarabağ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXIII turunun "Kəpəz" - "Sumqayıt" matçının 71-ci dəqiqəsində "Kəpəz" klubunun 14 №-li futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XV turunun "Şəmkir" - "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində "Şahdağ" klubunun 5 №-li futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

I Divizionun XV turunun MOİK - "Bakı" matçının 18-ci dəqiqəsində "Bakı" klubunun 12 №-li futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XV turunun "Şərurspor" - "Göyəzən" matçının 75-ci dəqiqəsində "Göyəzən" klubunun 4 №-li futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR