Aeroportda təyyarələr toqquşdu

Aeroportda təyyarələr toqquşdu

Batik Air aviaşirkətinə məxsus Boeing 737-800i və TransNusa təyyarəsi Cakarta hava limanında toqquşub.

Aktual.az Trend-ə istinadən bildirir ki, təyyarələr uçuş-enmə zolağında sükanı döndərmə zamanı baş verib.

İnsident bazar ertəsi axşam baş tutub. Boeing təyyarəsinin qanadı zədələnərək alışıb. Sərnişinlər evakuasiya ediliblər və 1 saat ərzində yanğın söndürülüb, xəsarət alan olmayıb.

Toqquşma nəticəsində hava limanının uçuş-enmə zolağı 2 saat ərzində bağlı qalıb. İnsidentin səbəbi mütəxəssislər tərəfindən araşdırılacaq.

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR