Ağdamda piyada əleyhinə mina tapıldı

Ağdamda piyada əleyhinə mina tapıldı

Ağdam rayon Əfətli kəndində piyada əleyhinə mina (PMN) aşkar edilib.

Bu barədə  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ağdam rayonu Mahrızlı kəndində əkin sahəsində 3 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.

Rayonun Əfətli kəndində isə əkin sahəsində 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilib. Minanın daşınması mümkün olmadığına görə, yerində zərərsizləşdirilib.

Tərtər rayonu Çaylı kəndində əkin sahəsində 5 partlayış yerinə baxış keçrilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə 12 iyul tarixində 3 əkin sahəsində 8 partlayış yerinə baxış keçrilib, 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə gün ərzində 14 500 kv.m ərazi təmizlənib. 

Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR