ABŞ və Çin ticarət danışıqlarına yenidən başlayacaq

ABŞ və Çin ticarət danışıqlarına yenidən başlayacaq

ABŞ və Çin ticarət danışıqlarına yenidən başlamaq barədə razılığa gəliblər.

APA-nın "Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Osakada G20 sammiti çərçivəsində görüşüblər.  
Danışıqlarda ABŞ tərəfindən Çinə qarşı yeni tariflərin tətbiq olunmaması da razılaşdırılıb.
Görüşdən sonra ABŞ prezidenti Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o, Çin lideri ilə görüşdən razı qalıb.
"Mənim Çin prezidenti Si Cinpinlə çox yaxşı görüşüm oldu. Biz bir çox məsələləri müzakirə etdik", deyə Tramp bildirib.


Aktual.az

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR