ABŞ Senatı Çinlə texniki rəqabət üçün 250 milyard ayırmağı qəbul etdi

ABŞ Senatı Çinlə texniki rəqabət üçün 250 milyard ayırmağı qəbul etdi

ABŞ Konqresinin Senatı Çin ilə texnoloji rəqabət qabiliyyətini inkişaf etdirmək üçün təxminən 250 milyard dollar təmin edən bir qanun layihəsini təsdiqləyib. 

Aktual.az xəbər verir ki, qanun layihəsi ABŞ-da yarımkeçiricilərin istehsalına, süni intellektin və digər texnologiyaların inkişafına dəstək məqsədi daşıyır.

Layihəyə əsasən, ABŞ-da texnologiya və tədqiqatların gücləndirilməsi üçün 190 milyard dollar, daha 50 milyard dollar isə çiplərin və telekommunikasiya avadanlıqlarının inkişafı və istehsalı üçün ayrılmalıdır.

Agentliyin məlumatına görə, 68 senator qanun layihəsini dəstəkləyib, 32-si əleyhinə səs verib. Beləliklə, Çinə qarşı çıxmaq hər iki partiyanı Konqresdə birləşdirib. İndi sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Bundan sonra imza üçün prezident Baydenə təqdim ediləcək.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR