ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır

ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır
  • DÜNYA

ABŞ Rusiyadan hipersəs silah almağı planlaşdırmır.
 
"Report" un məlumatına görə, bu barədə RİA "Novosti”yə Amerika administrasiyasının yüksək vəzifəli rəsmi nümayəndəsi məlumat verib.
Bundan əvvəl Şərqi İqtisadi Forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Rusiya istehsalı olan hipersəs silahı almağı təklif etdiyini açıqlamışdı.
Rəsmi nümayəndənin sözlərinə görə, Amerikanın Rusiyadan hipersəs silah almaq ehtimalını nəzərdən keçirmək üçün xüsusi bir səbəbi yoxdur.
O, həmçinin ABŞ-ın raket texnologiyasının inkişafı və sınanmasında Rusiyadan üstün olduğunu vurğulayıb. 
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR