ABŞ-ın yeni dollarlarında qadın təsvirləri olacaq

ABŞ-ın yeni dollarlarında qadın təsvirləri olacaq

Arxa tərəfdə isə əvvəlki kimi Ağ Ev olacaq.

20 dollarlıq əsginazlarda quldarlığa və qadınların bərabərhüquqlu olması üçün mübarizə aparan qaradərili qadın Qarriet Tabmenin təsviri olacaq.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu öz açıq məktubunda bildirib. 

Tabmenin portreti yeni banknotun ön hissəsində olacaq, arxa hissəsində isə əvvəlki kimi Ağ Ev və prezident Endryu Ceksonun təsviri olacaq. 

Məşhur abolsianizm tərəfdarının şəklinin 20 dollarlıq əsginazın üzərində əks olunması qərarını amerikalılardan gələn minlərlə məktubla tanış olduqdan sonra qəbul edilib. 

Yeni 10 dollarlıq banknot isə seçkidə bərabər hüquq uğrunda mübarizə aparan qadınlara həsr ediləcək. Əsginazın üzərində Lukresiya Mott,Socorner TrusSyuzen EntoniElizabet Kedi Stenton və Eliz Pol kimi xadimlərin şəkli əks olunacaq. 

Beş dollarlıq əsginazın üzərində Linkoln memorialında baş vermiş tarixi hadisələr əks olunacaq. 

Lyu qeyd edib ki, 5, 10 və 20 dollarlıq əsginazların dizaynının yekun layihəsi 2020-ci ildə açıqlanacaq. Bu Konstitusiyada qadınlara seçki hüququ verilməsi ilə əlaqədar edilən düzəlişin 100 illiyinə həsr olunacaq.  

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR