ABŞ-ın 2019-cu il üçün büdcə kəsiri 26 faiz artıb

ABŞ-ın 2019-cu il üçün büdcə kəsiri 26 faiz artıb
  • DÜNYA

2019-cu maliyyə ili üçün federal büdcə kəsiri (sentyabrın sonunda ABŞ-da başa çatdı) keçən ilə nisbətən 26% artaraq demək olar ki, 1 trilyon dollara çatıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib.
"2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollar təşkil edib ki, bu da əvvəlki maliyyə ilindən 205 milyard dollar çoxdur. 2019-cu il üçün rəqəm hələ də hakimiyyətin əvvəlcədən proqnozlaşdırdığı rəqəmdən 16 milyard dollar azdır”.
Eyni zamanda 2019-cu maliyyə ilində korporativ vergi daxilolmaları 12% artaraq 230 milyard dollar təşkil edib. Fiziki şəxslərdən vergi daxilolmaları 2% artaraq 1,7 trilyon dollara çatıb.
ABŞ hökuməti, eyni zamanda, bir il əvvələ nisbətən 70% artıq, təxminən 71 milyard dollar gömrük rüsumu toplayıb. Cəmi gəlirlər 4%, xərclər isə 8,2% artıb.
"Prezident Trampın iqtisadi gündəliyi işləyir. Ölkədə demək olar ki, 50 ildə ən aşağı işsizlik nisbəti yaşanır, iş axtaranlardan daha çox iş var” deyən nazir bildirib. 
Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR