ABŞ Dövlət Departamenti azərbaycanlı ixtiraçı ilə bağlı paylaşım etdi – FOTO

ABŞ Dövlət Departamenti azərbaycanlı ixtiraçı ilə bağlı paylaşım etdi – FOTO

ABŞ Dövlət Departamentinin Qlobal qadın problemləri üzrə bölməsinin rəsmi "Tvitter" səhifəsində 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın fotosunu paylaşıb.

Aktual.az xəbər verir ki, Trend-in məlumatına görə, tvitdə deyilir: "İvanka Tramp Azərbaycandan olan Reyhan Camalovanın, amerikalı biznes ledi Dara Dotsun, eləcə də hindistanlı Raclakşmi Bortaxurun nailiyyətlərini təqdir edir.
Onlar 2017-ci il Qlobal Sahibkarlıq Sammitində sahibkarların baxışlarını, işgüzarlığını və cəsarətini sərgiləyir".
Daha öncə Prezident Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp R.Camalovanın nailiyyətlərini alqışlayıb.
ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini tamamilə öz üzərinə götürüb. ABŞ səfirliyi R.Camalovanın uğurunun dəstəkləməkdən və onun müstəsna nailiyyətlərini işıqlandırmaqdan məmnundur.
15 yaşlı azərbaycanlının tədqiqatları göstərib ki, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, ondan potensial enerji kimi istifadə etmək olar.


Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR