ABŞ-da yük maşını yerin altına batdı

ABŞ-da yük maşını yerin altına batdı

Su yalnız tikilini batırmayıb, eləcə də torpağın bir hissəsini yuyub.

Daşqının torpağın bir hissəsini yuduğu, asfalt örtüyünün isə avtomobilin ağırlığına davam gətirmədiyi ehtimal edilir.

Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, Amerikanın Hyuston şəhərində park olunan yük maşınının ağırlığından asfalt örtüyü çöküb, maşın yarıya qədər yerin altına batıb.

Güclü daşqının nəticəsində rayonların birində yerləşən qaraj su ilə dolub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yük maşını çağırılıb. Amma deyəsən, su yalnız tikilini batırmayıb, eləcə də torpağın bir hissəsini yuyub.

Qeyd edilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb. Yerli hakimiyyət artıq bəyan edib ki, yük maşınını yaxın zamanda çıxarmağı planlaşdırırlar.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR