ABŞ-da ata ailəsini güllələdi

ABŞ-da ata ailəsini güllələdi
  • DÜNYA

Uşaqlar Rusiyadan övladlığa götürülmüşdü.

Vaşinqton ştatının kəndlərinin birində güllələnmə nəticəsində dörd nəfər həlak olub.

Aktual.az-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, bu barədə The Associated Press agentliyi xəbər verir.

İlkin məlumatlara görə, atəşi ailənin başçısı açıb, sonra isə o özünü də öldürüb.

Qonşuların sözlərinə görə, ailədə üç övladlığa götürülmüş uşaq vardı – Rusiyadan iki yeniyetmə oğlan və Çindən qız.

Verilən məlumata əsasən, qız sağ qalıb və hazırda xəstəxanadadır. Onun vəziyyəti haqqında dəqiq məlumatlar yoxdu. Oğlanlar isə ölənlərin içində ola bilərlər.

Hazırda faciənin təfərrüatları dəqiqləşdirilir. Məlumdur ki, ailənin atası xəstəxənadan təzəlikcə buraxılıb və xeyli dərman qəbul edirdi. Onun xəstəxanada yatmasının səbəbi də hələ məlum deyil.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR