ABŞ-da artıq 147 nəfər Zika virusuna yoluxub

ABŞ-da artıq 147 nəfər Zika virusuna yoluxub
  • DÜNYA

Zika virusunun yayıldığı ölkələrə səfər edərək yoluxan amerikalıların sayı 147 nəfərə çatıb.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəli virusa yoluxan hamilə qadınların sayı isə ABŞ-da 9 nəfərdir.

Onlardan biri ağır mikrosefaliya xəstəliyi ilə körpə dünyaya gətirib, ikisinin uşağı düşüb, iki qadın isə MRİ testinin ciddi döllərdə beyin problemini aşkarlamasından sonra abort etməli olub.

Xəstəliklərə Nəzarət Mərkəzindən doktor Denis Ceymisonun bildirdiyinə görə, hamilə qadınların bətnindəki körpələrin virusun ciddi təsirinə məruz qalacağı gözlənilmirdi. XNM daha 10 qadınla bağlı araşdırma aparır.

Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR