Abramoviç 28 milyonluq hovuz tikdirir

Abramoviç 28 milyonluq hovuz tikdirir
  • DÜNYA

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Çelsi” klubunun sahibi, rusiyalı milyarder Roman Abromoviç Londondakı malikanəsinə hovuz, sauna və buxar otağından ibarət yeraltı kompleks tikdirir.

Dəyəri 125 milyon avro olan malikanə ərazisində tikiləcək kompleksin qiyməti isə 28 milyon avrodur. Bu barədə “The Times” qəzeti yazıb.

Milyarder və həyat yoldaşı Darya Jukova iddia edirlər ki, onlar Nyu-Yorkdakı “City Hall” metrostansiyasındakı kirəmitlərdən və Viktoriya kanalizasiya sistemindən ilhamlanaraq kompleksin dizaynını veriblər. 

Aktual.az

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR