8 ölkə neftin qiyməti ilə bağlı təcili iclasa hazırlaşır

8 ölkə neftin qiyməti ilə bağlı təcili iclasa hazırlaşır
  • DÜNYA

Rusiya, Oman və OPEK-ə üzv olan 6 ölkə neftin qiymətləri ilə təcili iclas keçirəcək.

Aktual.az AzVision.az -a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Eluohio del Pinonun İrana səfərinin yekunlarına dair məlumatda bildirilib.

Nazirliyin yaydığı məlumatda qeyd edilib ki, danışıqlar başlayacağı təqdirdə Rusiya, Oman, İraq, Əlcəzair, Nigeriya, Ekvador, İran və Venesuela prosesdə iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər.

Görüşün məqsədi neft hasilatının həcmləri məsələsində razılığa gəlməkdir. Rəsmi Karakasa görə neftin hazırki qiymətləri bazarda qeyri-sabitlik yaradır.

Qeyd edək ki, Venesuelanın neft naziri Eluohio del Pino yanvarın sonlarında neft hasil edən ölkələrə səfərə edib. Fevralın birində o, Moskvada Rusiyanın energetika naziri Aleksandr Novak və neft şirkətlərinin rəsmiləri ilə görüşüb. Daha sonra o, Qatar və İrana səfər edəcək. Nazirin İraq və Səudiyyə Ərəbistanını da ziyarət edəcəyi gözlənilir.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR