608 PKK terrorçusu məhv olundu

608 PKK terrorçusu məhv olundu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərliyinin internet saytında yer alan açıqlamaya görə, Mardinin Nusaybin rayonunda davam edən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib.

Aktual.az modern.az-a istinadən bildirir ki, buradakı əməliyyatda zərərsizləşdirilən terrorçu sayı cəmi 229 olub.

Şırnakda davam edən əməliyyatda isə 6 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda zərərsizləşdirilən terrorçunun ümumi sayı isə 202-yə çatıb.

Silopidə keçirilən əməliyyatda isə 1 terrorçu zərərsizləşdirilib.

Rayonda zərərsizləşdirilən terrorçu sayı 8-ə yüksəlib. Hakkarinin Yüksekova rayonunda də 7 terror təşkilatı mənsubu təslim olub. Sözügedən rayonda zərərsizləşdirilən terrorçu sayı 169-a çıxıb.

Beləliklə, Mardin, Şırnak və Hakkaridə davam edən əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı 608 olub.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR